Kolumbiyalı müğənni Şakira tarixdə dörd futbol üzrə dünya çempionatında çıxış edən ilk sənətçi olub.
AzNews.az bu barədə championat.com-a istinadən xəbər verir.
İfaçı 2006, 2010, 2014 və 2026-cı illərdə keçirilən dünya çempionatlarında musiqi nömrələri ilə çıxış edib.
Şakira iyunun 11-də Mexikodakı "Asteka" stadionunda keçirilən 2026-cı il dünya çempionatının açılış mərasimində "Dai Dai" adlı mahnını ifa edib.
Beləliklə, kolumbiyalı ulduz dünya çempionatlarının tarixində dörd müxtəlif mundialın açılış və ya rəsmi tədbirlərində səhnəyə çıxan ilk sənətçi kimi rekorda imza atıb.