Xüsusi icra məmurları başqa peşə fəaliyyəti ilə məşğul ola bilməz - Açıqlama

12 İyun 2026 11:57 (UTC+04:00)

Xüsusi icra məmuru olan şəxs digər peşə fəaliyyəti ilə məşğul ola bilməz.

Aznews.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hüquqşünas olmayan, digər sahələr üzrə ali təhsilli şəxslər də imtahanda iştirak edib xüsusi icra məmuru ola bilər.

"Qanunvericiliyin tələbinə uyğun olaraq xüsusi icra məmurları elmi, pedaqoji və ya yaradıcı fəaliyyət istisna olmaqla, öz fəaliyyətləri ilə bir araya sığmayan digər heç bir fəaliyyətlə məşğul ola bilməzlər", - o qeyd edib.