Mən İsrailin Baş naziri olduğum müddətcə, İranın nüvə silahı olmayacaq. Prezident Trampla mən bu məsələdə tam razıyıq.
AzNews.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“30 ildən çoxdur ki, mən İranın nüvə proqramına qarşı beynəlxalq mübarizənin ön sıralarındayam.
Əgər bu mübarizə olmasaydı, İran çoxdan İsraili məhv etmək üçün atom bombalarına sahib olardı. İran yəhudi dövlətini məhv etmək üçün çalışır və mən həyatımı onların bunu etməsinin qarşısını almağa həsr etmişəm.
Mən İsrailin Baş naziri olduğum müddətcə, bu baş verməyəcək”, - o bildirib.