Şəlalədə çimən 32 yaşlı şəxsin meyiti tapıldı

12 İyun 2026 17:31 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaşın batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Aznews.az xəbər verir ki, dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Quliyev Elvin Asif oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

17:11

Hirkan Milli Parkındakı şəlalədə çimən Lənkəran sakini batıb.

Hadisə rayonun ucqar dağ kəndi olan Biləsərdə qeydə alınıb.

Hirkan Milli Parkı ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinə məlumat verilib.

Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Batan şəxsin kimliyinin müəyyənləşdirilməsi və sudan çıxarılması istiqamətində tədbirlər görülür.