Tramp Tehranı razılaşma ilə bağlı yalan məlumat yaymaqda günahlandırıb

12 İyun 2026 20:10 (UTC+04:00)

İranın saxta xəbərlər yayan mediaya sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur.

Aznews.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Onların dedikləri, o cümlədən razılaşmanın əldə edildiyi ilə bağlı zəif və aciz bəyanatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Onlarla xoş niyyət əsasında danışıqlar aparmaq mümkün deyil”, - ABŞ lideri qeyd edib.

Eyni zamanda Tramp İranın Hörmüz boğazından keçməyə çalışan gəmilərə hücumunu da pisləyib: “Ötən gecə Hörmüz boğazını tərk edən Hindistan gəmilərinə qarşı həyata keçirdikləri və tam dəf edilmiş dron hücumu tamamilə qəbuledilməzdir. Onlar tez bir zamanda özlərini ələ almalıdır”.