Polis əməliyyat keçirdi

13 İyun 2026 09:43 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 47 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yabanı halda bitmiş 3,4 ton çəkidə 16345 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.