Bakıda binadan yıxılan kişi ÖLDÜ

13 İyun 2026 10:48 (UTC+04:00)

Bakıda binadan yıxılan şəxs vəfat edib.

AzNews.az xəbər verir ki, hadisə iyunun 12-si saat 03 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.

1988-ci il təvəllüdlü Qurban Gündüz oğlu Abbasov yaşadığı H.Quliyev küçəsindəki binanın eyvanından yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.