Təhsilin İnkişafı Fondunun direktoru Nicat Məmmədli Ağdamın Xıdırlı kənd məktəbində təşkil olunan "Son zəng" tədbirinə qatılıb. Direktor bu barədə öz şəxsi Facebook hesabında yazıb:
"Ağdamın Xıdırlı kənd Akyöl Manas adına tam orta məktəbində ilk son zəng günündə iştirakın qürurunu yaşayıram. Bu gün məktəbdən məzun olan 12 gəncimizə Azərbaycanın gələcək zəfərlərinin memarları olmağı arzu edirəm".
AzNews.az