Ukraynalı boksçu Usık Ağ Evdə Trampla görüşüb

13 İyun 2026 13:54 (UTC+04:00)

Ukraynalı boksçu Aleksandr Usık Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Aznews.az-ın məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi köməkçisi Marqo Martin məlumat verib.

"Prezident Donald Tramp ağır çəkili dünya çempionu ilə Oval Ofisdə görüşdü", - deyə o, X sosial şəbəkəsində (əvvəllər Twitter) yazıb.

Görüşün məqsədi və müzakirə olunan mövzular açıqlanmayıb.