Elmar Məmmədyarov: “Ermənistan da bizim layihələrə qoşula bilər“

26 Sentyabr 2013 07:11 (UTC+04:00)


Cənub qaz dəhlizi Avropa üçün yeni mənbədir.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, əgər layihə 2019-cu ildə yekunlaşsa, növbəti onillik ərzində Azərbaycan bundan böyük gəlir götürəcək.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə gəlincə, bu, "dondurulmuş" münaqişə deyil. Bu, layihənin başa çatdırılmasına mane ola biləcək problemdir. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib, etnik təmizləmə aparılıb. Lakin bundan sonra dayanıqlı inkişafımızı necə təmin edəcəyimiz haqqında pozitiv fikirlərim var.

Söhbət yalnız neft və qazdan deyil, ümumilikdə, regionun inkişafından gedir. Bu, bizim erməni qonşularımıza bir mesajdır. Biz Ermənistana kömək etməyə hazırıq, lakin, onlar özlərini sivil dövlət kimi aparmalıdır. O da bizim layihələrə qoşula bilər" - deyə o bildirib.

Məmmədyarov əlavə edib ki, qaz fasiləsiz olaraq, istehlakçılara çatdırılmalıdır.

"Əgər bu, evdən evə gedirsə, inkişaf gətirəcək" - deyə Məmmədyarov vurğulayıb.(trend)

AzNews.az