İran ABŞ ilə gələcək danışıqlar üçün 60 günlük möhlət qərarı qəbul edib. Bu müddət ərzində Tehran Hörmüz boğazından təhlükəsiz keçidə görə heç bir xidmət haqqı tələb etməyəcək.
AzNews.az xəbər verir ki, bu barədə "Fars" agentliyinin mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, 60 gün bitdikdən sonra İran dövlətin iqtisadi inkişafını təmin etmək məqsədilə boğazdan keçən ticarət gəmilərindən maliyyə gəliri əldə etmək üçün naviqasiya, təhlükəsizlik, sığorta və ekologiya sahələrində xidmətlər təklif etməyi planlaşdırır.
Agentliyin müsahibi qeyd edib ki, sözügedən xidmətlər gəmilərə İranla yanaşı? Oman tərəfindən də göstəriləcək.