Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

15 İyun 2026 15:29 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı, o cümlədən ayrı-ayrı vətəndaşlara və təşkilatlara qarşı yeni sanksiyalar tətbiq edib.

Aznews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının qərarında bildirilib.

Məlumata görə, siyahıya 80-dən çox fiziki şəxs və təşkilat, o cümlədən Rusiyaya dost olan ölkələrdən olan şəxslər və qurumlar daxil edilib.

Bunlardan "Lukoyl – Qərbi Sibir" şirkətinə, "Qazpromneft şipping" şirkətinə, Prezidentin Mədəni Təşəbbüslər Fonduna və "NtechLab" baş şirkətinə qarşı sanksiyalar tətbiq edilib.

"Rostex" dövlət korporasiyasının icraçı direktoru Vladimir Yevtuşenko və korporasiyanın sənaye direktorlarından biri də sanksiyalara məruz qalıb.

Bundan əlavə, rusiyalı vəkil və uşaq hüquqları üzrə sabiq müvəkkil Pavel Astaxov, Simferopol və Krım mitropoliti Tixon, eləcə də bir sıra jurnalistlər və blogerlər sanksiya siyahısına daxil edilib.