Tramp: Hörmüz boğazında gəmi hərəkəti sərbəst və ödənişsiz olacaq

15 İyun 2026 20:33 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Cenevrədə jurnalistlərə açıqlamasında bildirib ki, Hörmüz boğazının açıq saxlanılması üçün böyük xarici yardıma ehtiyac görmür.

Tramp qeyd edib ki, İranla əldə olunan razılaşma boğazdan keçidin açıq və ödənişsiz qalmasına təminat verir:

“Düşünmürəm ki, çox köməyə ehtiyac olacaq. Çünki bizim elə bir razılaşmamız var ki, boğaz açıq olacaq və keçid üçün heç bir rüsum tətbiq edilməyəcək.”

ABŞ lideri əlavə edib ki, bölgədə müttəfiq ölkələrin bir və ya iki gəmi ilə iştirak etməsi faydalı ola bilər, lakin bunun zəruri olmadığını vurğulayıb.

Hörmüz boğazı dünya neft ticarətinin ən strateji nöqtələrindən biri hesab olunur. Qlobal neft daşımalarının əhəmiyyətli hissəsi məhz bu marşrut vasitəsilə həyata keçirilir. Buna görə də boğazın açıq qalacağı ilə bağlı açıqlamalar beynəlxalq enerji bazarları üçün xüsusi əhəmiyyət daşıyır.

Mövsüm,

AzNews.az