Robert De Nirodan Donald Trampa sərt sözlər: “Kəs o lənətə gəlmiş səsini!”

15 İyun 2026 20:40 (UTC+04:00)

İkiqat Oskar mükafatçısı Robert De Niro Nyu-Yorkda keçirilən tədbirdə ABŞ Prezidenti Donald Trampı sərt tənqid edib.

İfadə azadlığını müdafiə etdiyini deyən aktyor, Trampın guya amerikalıların maliyyə vəziyyətini vecinə almadığı barədə sözləri xatırladılarkən, “Mən də ona deyirəm: kəs o lənətə gəlmiş səsini” ifadəsini işlədib.

De Niro çıxışında daha da irəli gedərək bildirib ki, “irqçi, qadınlara qarşı ayrı-seçkilik edən, əcnəbilərə qarşı düşmən münasibət bəsləyən bir tiranın idarə etdiyi ölkəni sevə bilmərəm”.

Aktyor həmçinin Donald Trampı və onu dəstəkləyən Konqres üzvlərini tənqid edərək, hazırkı siyasi kursun ölkəyə zərər verdiyini iddia edib.

Qeyd edək ki, Robert De Niro daha əvvəl də Donald Trampı dəfələrlə sərt ifadələrlə tənqid edib. 2016-cı ildə onu “fırıldaqçı və axmaq”, 2018-ci ildə isə açıq şəkildə söyüşlə hədəfə almışdı.

Mövsüm,

AzNews.az