ABŞ Prezidenti Donald Tramp G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə son telefon danışıqlarını dəyərləndirib.
Tramp bildirib ki, hər iki liderlə keçirdiyi söhbətlər olduqca məhsuldar keçib.
“Dünən Prezident Zelenski və Prezident Putinlə çox yaxşı danışıqlarım oldu”, - deyə ABŞ lideri vurğulayıb.
Ukraynadakı müharibənin nizamlanması məsələsinə toxunan Tramp qeyd edib ki, həm Moskva, həm də Kiyev danışıqlara açıqdır və bu səbəbdən münaqişənin həlli istiqamətində irəliləyiş əldə olunacağına ümid edir.
ABŞ prezidenti əlavə edib ki, İranla bağlı müharibənin başa çatmasından sonra Vaşinqton diqqətini daha çox Ukrayna böhranının həllinə yönəldəcək.
Mövsüm,
AzNews.az