Türkiyədə zəlzələ
26 Sentyabr 2013 08:09 (UTC+04:00)
Ötən gün axşam saatlarında Türkiyənin şərqində yerləşən Van vilayətinin Erçiş rayonunda 4 bal gücündə zəlzələ baş verib.
Boğaziçi Universitetinin Kandilli rəsədxanasının və Zəlzələ Araşdırmaları İnstitutunun məlumatlarına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:55 radələrində yerin təxminən 5 kilometr dərinliyində baş verib.
Məlumatda bildirilir ki, zəlzələ nəticəsində hələlik dağıntı, ölüm və xəsarət halları qeydə alınmayıb.(trend)
AzNews.az