İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (08.06.2026 – 15.06.2026) məlumat açıqlanıb.
Aznews.az xəbər verir ki, azad edilmiş ərazilərdə 29 piyada əleyhinə mina, 22 tank əleyhinə mina, 497 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1668.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.