İvanişvilinin nazir təyin etmək istədiyi azərbaycanlıya vəzifə verildi

26 Sentyabr 2013 08:14 (UTC+04:00)
Gürcüstanın baş naziri Bidzina İvanişvilinin nazir vəzifəsinə təyin etmək istədiyi Ramilə Əliyeva bu ölkənin İctimai Televiziyasının "Moambe" (Xəbərlər) proqramında Azərbaycan redaksiyasına diktor vəzifəsinə təyin olunub.

Ramilə Əliyeva APA-nın Gürcüstan bürosuna açıqlamasında artıq bu vəzifədə fəaliyyətə başladığını deyib: "Öz işimi daha da mükəmməl öyrənəcəyəm və təcrübəli olmağa çalışacağam".

Qeyd edək ki, Ramilə Əliyeva "Dialoq və İnkişaf Fondu" adlı qeyri-hökumət təşkilatının sədridir. O, bundan əvvəl də Gürcüstan İTV-də çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl Gürcüstanın energetika naziri Kaxa Kaladzenin prezidentliyə namizəd olacağı, Ramilə Əliyevanın isə onun yerinə nazir vəzifəsinə tətin olunacağı barədə məlumatlar yayılmışdı.

AzNews.az