Son günlər şimal bölgəsində müşahidə olunan intensiv yağıntılar Qubada bəzi ciddi problemlərə səbəb olub.
Aznews.az xəbər verir ki, güclü yağış rayonun İkinci Nügədi kəndi ərazisində yerləşən Çənlibel gölünün məcrasından çıxmasına səbəb olub.
Daşqın nəticəsində gölün sahilindəki istirahət mərkəzinə aid bir sıra tikili və ətraf ərazi su altında qalıb.
Hazırda ərazidə yaranmış vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülür.
Xatırladaq ki, Çənlibel gölü ötən əsrin 50-ci illərində əkin sahələrinin suvarılması məqsədilə süni yolla yaradılıb. Ümumi sahəsi təxminən 10 hektar olan gölün dərinliyi 10-15 metr arasında dəyişir. Turistik əhəmiyyəti ilə seçilən göl, qış aylarında donması ilə də diqqət çəkir.