Türkiyə hökuməti iyulun 1-dən etibarən Bosfor və Dardanel boğazlarından keçən gəmilər üçün tətbiq olunan tranzit rüsumlarını 15 faiz artıracaq.
Yeni tarifə əsasən, keçid haqqı hər ton üçün 6,7 ABŞ dolları təşkil edəcək. Hazırda bu göstərici 5,83 dollar səviyyəsindədir.
Türkiyə 2022-ci ildən başlayaraq boğazlardan keçid rüsumlarını hər il artırır. Həmin tarixədək tarif hər ton üçün cəmi 0,8 dollar idi.
Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, 2025-ci il ərzində Bosfor və Dardanel boğazlarından 40 mindən çox gəmi keçib. Bir gəmidən orta hesabla 15-30 min dollar arasında ödəniş alınır.
Toplanan vəsaitlər əsasən sahil mühafizəsi xidmətlərinin, xilasedicilərin və tibb briqadalarının fəaliyyətinin maliyyələşdirilməsinə, həmçinin dəniz qəzalarının nəticələrinin aradan qaldırılmasına yönəldilir.
Mövsüm,
AzNews.az