Federal Təhqiqatlar Bürosu (FTB) Ağ Evdə keçirilən UFC yarışına dron hücumunun qarşısını alıb.
AzNews.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.
Məlumata görə, hücumda iştirak edən beş nəfər həbs edilib və ümumilikdə 23 nəfərin əlbir olduğu müəyyən edilib.
Bildirlib ki, hücum planına bomba yüklü dronların yaxınlıqdakı binalara hücum edərək kütləvi təxliyəyə təhrik etmək və insanları snayper atəşinə məruz qoymaq daxil idi. Daha sonra şübhəlilər Ağ Evin həyətinə basqın etməyi planlaşdırıblar.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın ad günü şərəfinə Ağ Evdə “UFC Freedom 250” turniri keçirilib.