İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrail heç bir şəraitdə və heç bir təzyiq qarşısında Cənubi Livandakı bufer zonadan qoşunlarını çıxarmayacaq.
Katz qeyd edib ki, bu qərar beynəlxalq tənqidlərə səbəb olsa da, İsrail geri çəkilməyəcək. O, İsrail ordusunun Livanda Beyruta və daha uzaq ərazilərə qədər əməliyyatlar apardığını, tunelləri məhv etdiyini və sərhəd yaxınlığındakı kəndlərdə silahlı qruplara məxsus obyektləri sistemli şəkildə sıradan çıxardığını bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında razılıq əldə olunduğunu təsdiqləmişdilər. Razılaşmanın 19 iyun tarixində İsveçrənin Cenevrə şəhərində imzalanması gözlənilir.
İran tərəfinin açıqlamasına görə, 60 günlük atəşkəs müddətində tərəflər İranın nüvə proqramı ilə bağlı danışıqlar aparacaq, ABŞ isə iyunun 15-dən etibarən İrana qarşı dəniz blokadasını aradan qaldıracaq. Həmçinin razılaşmaya əsasən, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal və daimi olaraq dayandırılmalıdır. Buna baxmayaraq, İsrael Katq İsrail qoşunlarının Livandakı mövqelərini tərk etməyəcəyini bəyan edib.
Mövsüm,
AzNews.az