Yenidoğulmuş körpəyə bitki çayı verib komaya SALDI

16 İyun 2026 17:33 (UTC+04:00)

İtaliyada 12 günlük körpə bitki çayı qəbul etdikdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Nəticədə onda tənəffüs çatışmazlığı yaranıb və körpə komaya düşüb.

AzNews.az Redaktor.az-a istinadla xəbər verir.

Hadisə Recco-Emiliya şəhərində baş verib. Valideynlər uşağın halsızlaşdığını, ətraf mühitə zəif reaksiya verdiyini, qidalanmaqdan imtina etdiyini və çəki itirdiyini müşahidə etdikdən sonra onu təcili yardım şöbəsinə aparıblar.

Körpənin vəziyyəti qısa müddətdə ağırlaşdığı üçün həkimlər onu reanimasiya şöbəsinə köçürərək süni tənəffüs aparatına qoşublar.

İlkin müayinələr zamanı yenidoğulmuşlarda rast gəlinən xəstəliklər istisna edilsə də, qeyri-adi klinik mənzərə həkimləri başqa səbəblər araşdırmağa vadar edib. Ailə ilə aparılan söhbət zamanı məlum olub ki, valideynlər körpəyə sakitləşdirici təsir göstərdiyini düşündükləri qurudulmuş dəmrovotu bitkisindən hazırlanmış dəmləmə veriblər.

Toksikoloji müayinələr nəticəsində körpənin orqanizmində bəzi bitkilərin tərkibində olan və sinir sisteminə mənfi təsir göstərən tropan alkaloidləri aşkarlanıb. Mütəxəssislərin sözlərinə görə, bu maddələr tənəffüs pozğunluqlarına, ağır hallarda isə komaya səbəb ola bilər. Həkimlərin müdaxiləsindən sonra körpənin vəziyyəti tədricən yaxşılaşıb və o, ciddi sağlamlıq fəsadları olmadan evə buraxılıb.