Türkiyə FETÖ qaçaqları ilə bağlı yeni addım atıb

16 İyun 2026 17:38 (UTC+04:00)

Türkiyənin ədliyyə naziri Akın Gürlek xaricdə yaşayan və axtarışda olan FETÖ üzvlərinin Türkiyəyə ekstradisiyası prosesi ilə bağlı mühüm statistik məlumatlar açıqlayıb.

“Beyin mərkəzi” hesab olunan şəxslərlə bağlı dosyelər yenilənib

Nazirin sözlərinə görə, təşkilatın rəhbər heyətinə aid olduğu bildirilən şəxslərlə bağlı ekstradisiya sənədləri yeni sübutlar əsasında yenidən hazırlanaraq aidiyyəti ölkələrə göndərilib.

Gürlek bildirib ki, xüsusilə FETÖ-nün “beyin mərkəzi” kimi xarakterizə edilən rəhbər şəxslərinin Türkiyəyə qaytarılması istiqamətində işlər davam etdirilir.

2 950 ekstradisiya tələbi göndərilib

Nazirin açıqladığı məlumata görə, FETÖ və PYD ilə mübarizə çərçivəsində indiyədək 2 765 nəfər barəsində hazırlanmış ümumilikdə 2 950 ekstradisiya tələbi Türkiyə Ədliyyə Nazirliyi tərəfindən 119 ölkəyə təqdim olunub.

Bildirilib ki, həmin müraciətlər beynəlxalq hüququn tələblərinə uyğun şəkildə hazırlanıb və şübhəli şəxslərin törətdiyi iddia olunan cinayətlərlə bağlı sübutları əhatə edir.

Ən çox müraciət Almaniya və ABŞ-yə göndərilib

Açıqlanan statistikaya əsasən, ekstradisiya tələblərinin böyük hissəsi Avropa ölkələri və ABŞ-yə ünvanlanıb.

Ən çox müraciət göndərilən ölkələr bunlardır:

“Mübarizə fasiləsiz davam edir”

Akın Gürlek sosial şəbəkə hesabında paylaşdığı açıqlamada da FETÖ üzvlərinin izlənilməsi istiqamətində fəaliyyətin davam etdiyini vurğulayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyini hədəf alan FETÖ şəbəkəsinə qarşı mübarizəmiz fasiləsiz davam edir. Nazirliyimizin aidiyyəti qurumları həm ölkə daxilində, həm də xaricdə olan bütün FETÖ üzvlərinin izlənilməsini ən yüksək həssaslıqla həyata keçirir. Ədalət gec-tez öz yerini tapacaq və bu şəbəkənin bütün üzvləri qanun qarşısında cavab verəcəklər”, – deyə nazir bildirib.

Mövsüm,

AzNews.az