Almaniya XİN rəhbəri: Ukrayna üzrə danışıqlar bu yay başlaya bilər

16 İyun 2026 18:43 (UTC+04:00)

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqların artıq bu yay başlama ehtimalının olduğunu bildirib.

Nazir bu barədə NTV telekanalına müsahibəsində danışıb.

“Hazırda danışıqlara başlamaq üçün imkan var. Düşünürəm ki, bu proses artıq yay aylarında başlaya bilər”, – deyə Vadeful bildirib.

Almaniyalı diplomat əlavə edib ki, onun fikrincə, cəbhədəki vəziyyət hazırda faktiki olaraq dalana dirənib və tərəflərdən heç biri nəzərəçarpacaq üstünlük əldə edə bilmir.

Vadefulun sözlərinə görə, mövcud vəziyyət münaqişənin hərbi yolla həllinin çətin olduğunu göstərir və diplomatik səylərin artırılmasını zəruri edir.