Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına ölkənin 2-ci prezidenti, "Ermənistan" blokunun lideri Robert Koçaryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi üçün vəsatət təqdim edib.
Ermənistan mediasının xəbərinə görə, Koçaryandan başqa deputatlığa namizədlər Asatur Koçaryan və Ruslan Barseqyanın da toxunulmazlığının ləğv edilməsi üçün MSK-ya müraciət olunub.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Koçaryan Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib. Məlumata görə, hüquq-mühafizə orqanları buna mane olaraq onun ölkəni tərk etməsinin qarşısını alıb.
Aznews.az