Trampın gecikməsi G7 sammitində diqqət çəkib: "Patron mənəm"

17 İyun 2026 15:47 (UTC+04:00)

Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitinin son günündə liderlər növbəti iclas üçün bir araya gələrkən, ABŞ Prezidenti Donald Trampın gecikməsi toplantının ən çox müzakirə olunan məqamlarından biri olub.

Məlumata görə, Tramp sammitin səhər iclasına planlaşdırılan vaxtdan təxminən bir saat gec qatılıb.

İclas başlamazdan əvvəl Fransa Prezidenti Emmanuel Makron iştirakçılara Trampın qısa müddət ərzində toplantıya qoşulacağını bildirərək iclasın başlanmasını gözlədib.

Zala daxil olan ABŞ lideri digər dövlət başçılarına zarafatla “Patron mənəm” deyə müraciət edib. Bu sözlər iştirakçılar arasında gülüşə səbəb olub və rəsmi atmosferi qısa müddətə yumşaldıb.

Tramp daha sonra yerini tutaraq müzakirələrə qoşulub.

ABŞ Prezidenti toplantıdan əvvəl jurnalistlərlə qısa söhbət zamanı da zarafatından qalmayıb.

“İstəyirsinizsə, siz də iclasa qatıla bilərsiniz. Mənim üçün problem deyil”, – deyə o bildirib.

Bundan sonra liderlərin görüşü qapalı formatda davam edib. Sammit çərçivəsində qlobal iqtisadiyyat, beynəlxalq təhlükəsizlik və digər aktual məsələlərin müzakirə olunduğu bildirilib.

Mövsüm,

AzNews.az