Müdafiə naziri: Ukrayna dronları Krımı adaya çevirəcək

17 İyun 2026 17:35 (UTC+04:00)

Hazırda Ukrayna dronları Krımı bloklayır. Buna görə Krım yaxın gələcəkdə adaya çevrilə bilər.

RBK-Ukrayna xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorov “Pressing” YouTube kanalına müsahibəsində bildirib.

“Əslində Krımın dronların köməyi ilə təcrid olunması baş verir. Və yaxın gələcəkdə, görünür, Krım adaya çevriləcək”, - Fedorov deyib.

Onun sözlərinə görə, bu, ruslar üçün çox gözlənilməz nəticələrə səbəb ola bilər.

Nazir Ukraynanın Krımla bağlı gələcək planları barədə daha ətraflı məlumat verməyib.

Aznews.az