Azərbaycan İraqla monetar siyasətin təkmilləşdirilməsini müzakirə edib

18 İyun 2026 10:24 (UTC+04:00)

Azərbaycan və İraq arasında monetar siyasətin ötürücülük mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib.

Aznews.az xəbər verir ki, Məlumata görə, qurumun sədri Taleh Kazımov İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan İraq Mərkəzi Bankının sədri Əli Muhsin Əl-Əlaqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı monetar siyasətin ötürücülük mexanizmlərinin təkmilləşdirilməsi, ani və QR əsaslı ödənişlərin genişləndirilməsi, eləcə də müxbir bankçılıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində ölkə təcrübələri və tətbiq olunan yanaşmalar ətrafında müzakirələr aparılıb, iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ikitərəfli görüşlərin, peşəkar təlimlərin və təcrübə mübadiləsi proqramlarının təşkil edilməsi imkanları nəzərdən keçirilib.