DİM: I və IV qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək

18 İyun 2026 11:39 (UTC+04:00)

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin növbəti həftə ərzində (iş günləri) elan olunması nəzərdə tutulur.

Aznews.az xəbər verir ki, Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, iyunun 7-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.