Azeri Light” neftinin qiyməti 82,6 dollara yaxınlaşıb - ŞƏRH

18 İyun 2026 11:59 (UTC+04:00)

Dünya bazarında Azərbaycan neftinin əsas ixrac markası olan “Azeri Light” neftinin qiymətində cüzi dəyişiklik qeydə alınıb.

Aznews.az xəbər verir ki, Neft bazarındakı mənbənin məlumatına görə, “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 0,01 ABŞ dolları və ya 0,01 % azalaraq 82,6 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 80,35 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında isə “Azeri Light” neftinin bir barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 % artaraq 80,38 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. “Azeri Light” nefti əsasən Azəri-Çıraq-Günəşli yataqları blokundan hasil olunur və bu layihədə SOCAR-ın payı 31,65 %-dir.

“Azeri Light” neftinin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib.

Nuray, Aznews.az