Əmtəə bazarlarında qiymətli metalların fyuçers qiymətlərində azalma müşahidə olunub.
Aznews.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 1,11 % azalaraq bir troya unsiyası üçün 4 332,6 ABŞ dolları təşkil edib.
Gümüşün qiymətində də geriləmə qeydə alınıb. Belə ki, COMEX-də gümüşün 2026-cı ilin iyul fyuçerslərinin bir unsiyası 2,66 % ucuzlaşaraq 69,4 ABŞ dollarına düşüb.
Bazar iştirakçıları qiymətli metallardakı dəyişiklikləri qlobal maliyyə bazarlarında investorların mövqeləri, dolların dinamikası və risk iştahasındakı dəyişikliklərlə əlaqələndirirlər.
Nuray, Aznews.az