Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən qaçırıldı

18 İyun 2026 17:09 (UTC+04:00)

İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı Culture Inc. şirkətinin baş direktor müavini Erhan Karaal, İstanbuldakı evinin qarşısında şəxsiyyəti naməlum şəxslər tərəfindən qaçırılıb.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Karaaldan təxminən 14 saatdır ki, xəbər yoxdur. Hadisənin dünən axşam saat 21:00 radələrində Maltepedə baş verib. Erhan Karaal avtomobilinin yanında gözləyərkən başqa bir nəqliyyat vasitəsindən düşən üç nəfərin hücumuna məruz qalıb. Karalın döyüldüyü və daha sonra zorla nəqliyyat vasitəsinə mindirildiyi təhlükəsizlik kameralarına əks olunub.

İş adamının axtarışı davam edir, fakt araşdırılır.