İran Prezidenti Məsud Pezeşkian ABŞ və İran arasında imzalanan anlaşma memorandumunun fars dilində mətnini yayımlayıb.
AzNews.az xəbər verir ki, Pezeşkian sənədi özünün X hesabında paylaşaraq memorandumun İran xalqının mövqeyini əks etdirdiyini bildirib.
İran liderinin sözlərinə görə, sənəd ləyaqətini və müstəqilliyini təhdid və təzyiq qarşılığında güzəştə getməyən bir millətin səsini ifadə edir.
Pezeşkian qeyd edib ki, memorandum milli sədaqət, siyasi düşüncə və məsuliyyətli diplomatiyanın nəticəsidir.
“Bu gün qeydə alınanlar milli sədaqət, siyasi rasionallıq və məsuliyyətli diplomatiyanın nəticəsidir”, - deyə İran prezidenti yazıb.
Paylaşdığı sənəd görüntüsündə memorandumun ABŞ Prezidenti Donald Tramp və Pakistan Baş naziri Şahbaz Şərif tərəfindən də imzalandığı görünür.