Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər İran və ABŞ arasında əldə olunan razılaşmanı, həmçinin regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən işləri müzakirə ediblər.
Telefon danışığı zamanı Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Tani Dohanın regional təhlükəsizlik və sabitliyin gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini vurğulayıb.
Qətər rəsmisi bildirib ki, ölkəsi münaqişələrin dialoq və dinc vasitələrlə həllini, eləcə də uzunmüddətli və dayanıqlı siyasi həll yollarının tapılmasını dəstəkləyir.
Görüşdə Yaxın Şərqdəki son vəziyyət və regional əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də müzakirə olunub.
Mövsüm,
AzNews.az