Zaxarova bu barədə keçirdiyi brifinqdə danışıb.
“Bir daha vurğulamaq istəyirəm ki, NATO üzvü olan istənilən dövlət Rusiyanın hər hansı regionuna qarşı təcavüz həyata keçirərsə, heç kimin şübhəsi olmasın ki, bu çılğın avantüranın təşəbbüskarları üçün cavabımız qəti və dağıdıcı olacaq”, – deyə o bildirib.
Rusiya diplomatının sözlərinə görə, belə bir ssenari baş verərsə, Moskva öz təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görəcək.
Zaxarova bu açıqlaması ilə Almaniya Hərbi Hava Qüvvələrinin komandanı Holger Noymann tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib.
Onun sözlərinə görə, Noymann mümkün silahlı qarşıdurma halında NATO-nun Rusiyanın regionlarından birinə zərbə endirə biləcəyini demişdi.
Rusiya XİN rəsmisi bu cür bəyanatları “məsuliyyətsiz və dəhşətli” adlandırıb.
Zaxarovanın fikrincə, bu cür açıqlamalar NATO-nun “aqressiv mahiyyətinin” növbəti sübutudur və beynəlxalq təhlükəsizliyə əlavə risklər yaradır.
Mövsüm,
AzNews.az