Cəlilabadda montyoru elektrik cərəyanı vurub.
Aznews.az xəbər verir ki, hadisə Mirzəli kəndi ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən onu cərəyan vurub.
Xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.