İran heç vaxt nüvə silahı əldə etməyəcək, dünya təhlükəsiz olacaq - Tramp

18 İyun 2026 18:21 (UTC+04:00)

İranın heç vaxt nüvə silahı olmayacaq.

Aznews.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

O bildirib ki, ABŞ heç vaxt olmadığı qədər güclüdür.

“Neft axır, İran heç vaxt nüvə silahına sahib ola bilməz-dünya təhlükəsiz olacaq! Birjalar sürətlə böyüyür, məşğulluq rekord səviyyədədir və qiymətlər düşür - əlçatanlıq! Ölkəmiz hər zamankından daha güclü, təhlükəsiz və hörmətlidir”, - Tramp qeyd edib.