Məlumata görə, hadisə yerli Ualmart supermarketinin yaxınlığındakı dayanacaqda baş verib.
Polis mağazada oğurluq hadisəsi ilə bağlı çağırış aldıqdan sonra əraziyə gəlib və dayanacaqda bir uşaqla birlikdə olan iki nəfəri müşahidə edib. Hüquq-mühafizə orqanlarının versiyasına görə, həmin şəxslər mağazadan qaçmağa çalışıblar.
Bildirilir ki, şübhəlilərin avtomobilini saxlamaq cəhdi zamanı sürücü polis əməkdaşlarından birini vurmaq təhlükəsi yaradıb. Bundan sonra polis avtomobilə atəş açıb.
Nəticədə avtomobildə olan bir yaşlı oğlan uşağı güllə yarası alaraq həyatını itirib.
Hadisədən sonra şəhərdə etiraz aksiyaları başlayıb. Nümayişçilərlə qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib.
Hazırda etirazlar zamanı yeni ölən, yaralanan və ya saxlanılan şəxslər barədə məlumat verilməyib.
Hadisə ilə bağlı araşdırma aparılır. Uşağın ölümü ABŞ-da polis zorakılığı və hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mövsüm,
AzNews.az