Rusiyada azərbaycanlı biznesmen qarət olundu- Təfərrüat

26 Sentyabr 2013 10:19 (UTC+04:00)
Rusiyada 2,5 milyon avrosu əlindən alınan azərbaycanlı ilə bağlı yeni təfərrüatlar məlum olub.

28 yaşlı Azərbaycan vətəndaşına Dubaya yolda düşməyə hazırlaşarkən hücum edilib. İlkin məlumata görə, iş adamı həmin pulları xaricdə daşınmaz əmlak almaq üçün nəzərdə tutmuşdu.

Məlumata görə, həmin gün iş adamına yaxınlaşan qara rəngli mikroavtobusda dörd nəfər olub. Özlərini güc strukturlarının əməkdaşları kimi təqdim edən həmin şəxslər onu avtomobilə salaraq pullar yerləşdirilən çemodanı özlərinə götürüb, azərbaycanlını isə şəhərdən kənar yerdə maşından endiriblər.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)

AzNews.az