Zaqatalada qətl törədilib.
Aznews.az xəbər verir ki, hadisə rayonun Qımır kəndində qeydə alınıb.
Kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 58 yaşlı Kamran Məhərrəmovu bıçaqlayaraq öldürüb. Hadisənin mübahisə zəminində baş verdiyi qeyd olunur.
Həmkəndlisini qətlə yetirən şəxsi polis saxlayıb.
Belə ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əhmədov saxlanılıb.
Araşdırma aparılır.
Aznews.az