Ölkə üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb

19 İyun 2026 16:15 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Aznews.az xəbər verir ki, Bu barədə ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, iyunun 12-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.