Tajani bu barədə sosial şəbəkədə paylaşım edərək bildirib ki, iyunun 21–22-nə nəzərdə tutulan ABŞ səfərini həyata keçirməyəcək.
Nazir vurğulayıb ki, Trampın səsləndirdiyi fikirlər təkcə Corcia Meloniyə deyil, bütün İtaliyaya qarşı təhqir kimi qiymətləndirilməlidir.
“Yaxın günlərdə ABŞ-yə planlaşdırılan səfərimi ləğv etmək qərarına gəldim”, – deyə Tajani qeyd edib.
İtaliya XİN rəhbəri ABŞ prezidentinin açıqlamalarının ölkəsinin siyasi rəhbərliyinə və İtaliya xalqına qarşı hörmətsizlik olduğunu bildirib.
Hələlik Vaşinqton tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Mövsüm,
AzNews.az