Tramp: İran ABŞ-dən heç bir vəsait almayacaq

19 İyun 2026 17:25 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran Vaşinqtondan heç bir maliyyə vəsaiti almayacaq.

Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

“Güzəştə getmək üçün ümidsizlik içində olan biz deyil, İran idi. Onlarla iş bitib. Qarşıdakı 60 günün necə keçəcəyini biz müəyyən edəcəyik. Onlar bir sent belə almayacaqlar”, – deyə ABŞ lideri bildirib.

Tramp həmçinin iddia edib ki, son hərbi qarşıdurma İranın hərbi potensialına ciddi zərbə vurub.

Onun sözlərinə görə, İran aviasiya, hərbi dəniz qüvvələri, hava hücumundan müdafiə sistemləri və radiolokasiya imkanlarının əhəmiyyətli hissəsini itirib.

ABŞ prezidenti qeyd edib ki, Tehranla aparılacaq növbəti danışıqların taleyi və formatı yaxın 60 gün ərzində müəyyənləşəcək.

Mövsüm,

AzNews.az