Sürix Universiteti İsveçrənin və Avropanın, hətta bütün dünyanın ən prestijli universitetlərindən biridir. Albert Eynşteynin doktorluq dərəcəsini bu nüfuzlu universitetdə aldığını bilmək kifayətdir. Təəccüblüdür ki, universitet rəhbərliyi reytinq saytlarından çıxmaq qərarına gəlib və növbəti illərdə təsnifat üçün sənədlər təqdim etməyəcək. Onların nöqteyi-nəzərindən bu sıralama ilə məşğul olmaq universitetləri ictiami faydasız araşdırmalara təhrik edir və elmi araşdırmalar prinsiplərini məhv edir.
Universitet işçiləri sadə ad və şöhrət qazanmaq üçün lazımsız şübhəli nəşrlər istehsal edən nəşriyyat maşınına çevrilirlər.
Beləliklə, onlar universiteti müştəri cəlb etmək üçün mənfəət əldə edən quruma çevirən bu yarışdan çıxmaq qərarına gəldilər.
Görkəmli elm tarixçisi İv Jenqra “Hirs indeksi”ni “Hirş epidemiyası” adlandırıb.
Görkəmli tədqiqatçı Corc Fridman özünün “Amerika İmperiyası: Proqnoz 2020-2030” adlı məşhur kitabında yazır ki, bütün texnokratik yollar Universitetdən keçir. Müəllifə görə Universitet öz tələbələrinə üç üstünlük verməlidir:
Birinci üstünlük: Geniş biliklər qazanmağa və peşəkar həyat yoluna qədəm qoymaq imkanları yaradır. Tədqiat aparmaq bacarığı formalaşdırır.
İkincisi diplomdur. Karyeranın başlanğıc kritik fazasında bütün məzunlara eyni sual verilir. İxtisasınız nədir və nəyi bitirmisiniz? Sizin bitirdiyiniz ali məktəb sizin təfəkkürünüzün strukturunu anlamağa kömək etməlidir.
Üçüncü üstünlük: Həyatın sonrakı mərhələlərində faydalı olan əlaqələr yaradır. Düzgün seçilmiş ali məktəb, düzgün dostluq və mükəmməl karyera qurmağa təminat yaradır. Digər tərəfdən, düzgün seçilməyən ali məktəb yaxşı olmayan- qeyri/peşəkar qulluq yaradır və ya karyeranı çətinləşdirir.
Etibar Əliyev