Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda finala vəsiqə qazanıb

20 İyun 2026 19:32 (UTC+04:00)

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov (75 kq) Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb.

Aznews.az xəbər verir ki, idmançı yarımfinalda italiyalı Rontani Quidi Qabrielə 4:1 hesabı ilə qalib gəlib.

Eyni raundda məğlub olan Alfonso Dominqes (90 kq) və Murad Allahverdiyev (80 kq) bürünc medalla kifayətləniblər.