Ceyhun Bayramovla Bəxtiyor Səidov TDT çərçivəsində əməkdaşlığı müzakirə edib

20 İyun 2026 19:33 (UTC+04:00)

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Bəxtiyor Səidov telefon danışığı zamanı Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığı müzakirə edib.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, əldə olunmuş razılaşmaların icrası, habelə ticarət, iqtisadiyyat, investisiyalar, nəqliyyat, logistika və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.