İranın nümayəndə heyəti İsveçrəyə gedib

21 İyun 2026 10:49 (UTC+04:00)

İranın nümayəndə heyəti İsveçrəyə gedib.

Aznews.az xəbər verir ki, bu barədə konfederasiyanın Xarici İşlər Nazirliyi (XİN) "X"sosial şəbəkəsində yazıb.

XİN İslam Respublikası nümayəndələrinin gəlişini alqışlayıb.

"İran nümayəndə heyəti ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun həyata keçirilməsi çərçivəsində Bürgenştoka gedir", - paylaşımda deyilir.

Daha əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens İslam Respublikası ilə danışıqlar aparmaq üçün təyyarə ilə Vaşinqtondan İsveçrəyə uçub. Pakistanın Baş naziri Şahbaz Şərif də yüksək vəzifəli nümayəndə heyəti ilə birlikdə ora səfər edib.