Kriminal avtoritetlər “Lotu Qoca”ya görə Bakıya toplaşdı - ÖZƏL
26 Sentyabr 2013 11:17 (UTC+04:00)
Türkiyədə qətlə yetirilən "Lotu Qoca" ləqəbli "qanuni oğru" Əlibala Həmidovun bu gün 40 mərasimidir. AzNews.az-a daxil olan məlumata görə, mərasimdə Rusiya və dünyanın bir sıra ölkələrindən gələn nüfuzlu avtoritetlər iştirak edir.
Yasamal rayonunda, Şərifzadə küçəsində keçirilən mərasimə hazırlıq prosesi günlərlə davam edib. Yasda iştirak etmək üçün Bakıya gələn kriminal avtoritetləri hava limanında xüsusi ayrılmış şəxslər qarşılayıb. Onların paytaxtdakı məşhur otellərdə yerləşdirildiyi bildirilir. Həmin şəxslərin müşayiəti ilə yas mərasiminə gələn kriminal avtoritetlərin Əlibla Həmodovun məzarını ziyarət edəcəyi də bildirilir.
Qeyd edək ki, "Lotu Qoca" kimi tanınan Əlibala Həmidov İstanbulda Baxçaşəhərin Şəlalə küçəsindəki lüks yaşayış komplekslərindən birində öldürülüb. Onun dəfnində aralarında çox sayda kriminal avtoritetin də olduğu 500-dək şəxs iştirak edib.
Sarı
AzNews.az