İran ABŞ-la danışıqları davam etdirir

21 İyun 2026 23:19 (UTC+04:00)

İran nümayəndə heyəti İsveçrədə ABŞ-la keçirilən məsləhətləşmələrin məkanını tərk etməyib və danışıqlarda iştirakını davam etdirir.

Bu barədə ABŞ-ın "Axios" portalının jurnalisti Barak Ravid "X" hesabında diplomatik mənbəyə istinadən məlumat yayıb.

“İsveçrədəki danışıqlarda iştirak edən diplomatın sözlərinə görə, İran nümayəndə heyəti oranı tərk etməyib və ABŞ-İran danışıqları hələ də davam edir”, – deyə jurnalist bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın Tasnim agentliyi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə etiraz olaraq İran nümayəndə heyətinin danışıqlar məkanını tərk etdiyini və məsləhətləşmələrin dayandırıldığını yazmışdı.